Region
Daşkəsəndə leysan yağışlar davam edir – Video

Daşkəsən rayonunda leysan yağışları mayın 23-ü gecə saatlarında da davam edir. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun dağlıq kəndlərində, o cümlədən Xoşbulaq kəndində şimşək çaxır, güclü yağışlar yağır. Yağışlar arabir dolu ilə əvəz olunur. Kəndlər arası yollarda keçmək problem yaranıb. Rayon ərazisində çayların sululuğu çox artıb. Xoşbulaq ərazisində yerləşən göl tam dolub və artıq öz məcrasından çıxmaq üzrədir. Hazırda güclü yağış davam edir.


