Messi icarə ilə “Barselona”ya qayıdır?

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin növbəti transfer pəncərəsi dövründə icarə əsasında Kataloniya nəhənginə qayıtma ehtimalı ilə bağlı suallara cavab verib.
AZERFAX.AZ xəbər verir ki, o, Messiyə və “Barselona” futbolçularına hörmət əlaməti olaraq, real olmayan ssenarilər barədə spekulyasiya etməyin vaxtı olmadığını ifadə edib.
Qeyd edək ki, Lionel Messi “Kamp Nou”ya səfər edərək, sosial media hesabında, “Ümid edirəm ki, bir gün qayıda bilərəm və sadəcə oyunçu kimi vidalaşmaq üçün deyil, çünki heç vaxt bacarmamışam…”, – deyə paylaşım etmişdi. ABŞ çempionatındakı fasilə vaxtı Messinin icarə əsasında başqa kluba transfer ola biləcəyi barədə xəbərlər dərc edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



