Milyarderlərin ümumi sərvəti ilk dəfə 15 trilyonu keçdi


Süni intellektə yatırımlar və texnologiya şirkətlərinin səhmlərindəki artım dünya milyarderlərinin ümumi sərvətini ilk dəfə 15 trilyon dolların üzərinə çıxarıb.
AZERFAX.AZ xəbər verir ki, “Altrata”nın araşdırmasına əsasən, 2025-ci ildə milyarderlərin sayı 8,2 faiz artaraq 3795 nəfərə, ümumi sərvətləri isə 12,8 faiz yüksələrək 15,1 trilyon dollara çatıb. Bildirilir ki, sərvət artımında əsas paylardan biri süni intellekt sektoruna qoyulan investisiyaların gətirdiyi gəlirlə bağlıdır. Süni intellektə ciddi sərmayə yatıran şirkətlərin səhmləri həmin dövrdə digər şirkətlərlə müqayisədə təxminən 23 faiz daha sürətlə bahalaşıb.
Araşdırmaya görə, sərvəti 50 milyard dollardan çox olan 29 milyarderin ümumi varidatı 4,1 trilyon dollar təşkil edib ki, bu da bütün milyarderlərin sərvətinin təxminən 27 faizinə bərabərdir.



