Müğənnidən qızına 1 milyard dollar miras qalıb

AZERFAX.AZ xəbər verir ki, sevilən sənətçidən yeganə övladı Saba Abacıya külli miqdarda sərvət miras qalıb.
Türkiyə mediası muğənninin İstanbulun ən bahalı rayonlarında dəbdəbəli villasının, 10-dan çox mənzilinin olduğunu yazır. İddialara görə, Muazzəz Abacı Türkiyənin daşınmaz əmlak bazarında böyük pay sahibidir. İstanbulda xeyli sayda çoxmərtəbəli bina, biznes mərkəzləri, qızıl mağazaları, nəhəng supermarketlər Abacı ailəsinə məxsusdur.
Muğənninin Avropa və ABŞ-da da bahalı mənzillərə sahib olduğu deyilir. Bu sərvətin ümumi dəyərinin 1 milyard dollardan çox olduğu iddia edilir.
Qeyd edək ki, Muazzəz Abacının qızı Saba Abacı ABŞ-da yaşayır, məşhur həkimdir.
Anasının bütün mirasının qızı Saba Abacıya çatacağı bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



