Ölkə
Rusiya ordusunda pilotsuz sistemlər bölməsi yaradıldı

Rusiya Silahlı Qüvvələrinin tərkibində pilotsuz sistemlər bölməsi yaradılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Bölməsinin rəis müavini Sergey İştuqanov açıqlama verib. Polkovnik İştuqanov pilotsuz sistemlər bölməsinin təşkilati strukturunun müəyyən edildiyini, rəis təyin edildiyini və ölkə daxilində hərbi komandanlıq orqanlarının fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov Prezident Vladimir Putinin tapşırığı ilə belə korpusun yaradılmasını təklif etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



