Ölkə

Samuxda ağır qəza, 3 ölü, 1 yaralı var

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, “VAZ 2107 ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button