AZERFAX TV

13 yaşlı qıza təcavüz edib

Keçmiş olimpiya çempionu, üzgüçü Yannick Anjel yetkinlik yaşına çatmayan şəxsi zorladığı iddiası ilə məhkəmə qarşısına çıxarılacaq.

AZERFAX.AZ xəbər verir ki, Kolmar Apellyasiya Məhkəməsi (Yuxarı Reyn) fransız idmançının apellyasiya şikayətini rədd edib. Bu barədə “Lemonde.fr” məlumat yayıb.

Məhkəmə qərarına əsasən, hazırda 33 yaşı olan Anjelə qarşı kifayət qədər sübut var və o, 2016-cı ildə məşqçisinin 13 yaşlı qızına qarşı törədildiyi iddia olunan zorlanma və seksual zorakılıq faktları üzrə cinayət məsuliyyətinə cəlb olunacaq.

Onun Fransa Ali Məhkəməsi olan Kassasiya Məhkəməsinə müraciət etmək üçün 10 günü var. Keçmiş üzgüçü ilk dəfə 2021-ci ilin dekabrında saxlanılıb. O vaxt Anjel yetkinlik yaşına çatmayan qızla münasibətdə olduğunu etiraf etsə də, hər hansı məcburiyyətin olmadığını iddia edib.

Hazırda 23 yaşı olan zərərçəkənin sözlərinə görə, hadisələr 2016-cı il yanvarın 1-dən avqustun 31-dək Fransa, Tailand və Rio-de-Janeyroda baş verib. Həmin dövrdə Rio-da 2016 Yay Olimpiya Oyunları keçirilirdi.

Yannick Anjel Fransa üzgüçülüyünün ən tanınmış simalarından biridir. O, London-2012 Olimpiadasında 200 metr sərbəst üsulla üzgüçülükdə və 4×100 metr estafet yarışında qızıl medal qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button