AZERFAX TV
18 yaşlı gəncin meyiti tapıldı

Şəmkir rayonunda 18 yaşlı gəncin meyiti tapılıb.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.



