AZERFAX TV

20 yaşlı futbolçu dəhşətli qəzada öldü

Avstriyanın “Blau-Vays Lints” klubunun futbolçusu Aleksandra Vimmer 20 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Vimmer faciəli avtomobil qəzasında dünyasını dəyişib.

“Bu çətin dövrdə onun ailəsinə, dostlarına və bütün sevənlərinə başsağlığı veririk”, – klubun açıqlamasında deyilir.

Vimmer 15 yaşlı sərnişinlə birlikdə avtomobil idarə edərkən Lintsdəki Mona Liza tunelində yük maşını ilə toqquşub. Sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb, lakin Vimmer hadisə yerində ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button