AZERFAX TV

30 milyonluq cərimədən xilas oldu

“Santos”un hücumçusu Neymar Braziliya Federal Məhkəməsində qaldırdığı iddianı qazanıb və 180 milyon Braziliya realı (28,8 milyon avro) məbləğində cərimədən yayınmağa yaxındır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Futbolçu daha əvvəl 2012-2014-cü illərdə “Barselona”da oynayarkən vergidən yayınmaqda ittiham olunub.

İndi məhkəmə heç bir cinayətin baş vermədiyinə qərar verdi, külli miqdarda cərimələri ləğv edib. Bununla belə, hökumət qərardan şikayət edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button