AZERFAX TV
46 yaşlı aktrisa dərin dekolteli libası ilə göz qamaşdırdı

Məşhur Aktrisa Keyt Hadson Los-Ancelesdə Kostyum Rəssamları Gildiyasının mükafatlandırma mərasiminin qonağı olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
46 yaşlı Keyt Hadson dərin dekolteli lavanda rəngli libasda poza verib, çiyinlərinə isə yüngül kürk atıb. Görünüşü gümüşü sandaletlər, brilyant çoker və sırğalar tamamlayıb. Aktrisa saçlarını düz, makiyajını isə bənövşəyi göz kölgəsi ilə edib.
Bir neçə həftə əvvəl Keyt Hadson ağ krujeva midi donunda, dərin dekoltesi və geniş ombaları ilə qara dabanlı ayaqqabılarla birlikdə bədən quruluşunu nümayiş etdirmişdi. Aktrisa həmçinin iri, parlaq sırğalar taxmışdı. Məşhurun saçları açıq qoyulmuş, makiyajı isə qəhvəyi oxlarla nüd tonlarda edilmişdi.
Hüseyn İbadlı



