AZERFAX TV
59 ölkə prosesə cəlb olunub

ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzza üçün yaradılan Sülh Şurasını 59 ölkənin dəstəklədiyi iddia olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimindəki çıxışında bildirib.
Onun sözlərinə görə, hamı onun Sülh Şurasının bir hissəsi olmaq istəyir:
“Yaxın Şərqdə 59 ölkə prosesə cəlb olunub. HƏMAS vədlərini yerinə yetirərək silahlarını yerə qoymalıdır. Əgər bunu etməsələr, onların sonu olacaq”.
Tramp daha əvvəl dəfələrlə tənqid etsə də, Birləşmiş Millətlər Təşkilatı ilə işləməyə davam edəcəklərini qeyd edib.
Roza



