AZERFAX TV

6 ildən sonra yenidən Rusiyaya gedir

İsveçrənin xarici işlər naziri İnyatsio Kassis bu il Rusiyaya səfər etmək niyyətini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, Kassis Moskvaya səfər edəcəyini təsdiqləyib. O, həmçinin İsveçrənin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı işinə uyğun olaraq Kiyev və Vaşinqtona da səfər etmək niyyətindədir.

Qeyd olunur ki, Kassis Ukraynadakı müharibəyə son qoymağı ATƏT-in əsas məqsədi kimi müəyyən edib. O bildirib ki, yaxın günlərdə atəşkəs razılaşması əldə olunarsa, ATƏT mütəxəssislərindən ibarət qrupun 48 saat ərzində əraziyə təcili şəkildə göndərilməsini təmin etmək vacibdir.

Xatırladaq ki, İnyatsio Kassis sonuncu dəfə Rusiyaya 2019-cu ildə səfər edib.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button