AZERFAX TV
90 milyon dollarlıq Hindistan ətləri Rusiya bazarında

2025-ci ilin ilk on ayında Rusiya Hindistandan 84,4 milyon dollar dəyərində mal əti alıb. 2024-cü ilin eyni dövründə isə idxal təxminən 30 milyon dollar təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Məqalədə həmçinin qeyd olunub ki, 2025-ci ilin eyni dövründə krivet idxalı da üç dəfə artaraq 134,6 milyon dollara çatıb.
Müəllif Qaydar İnstitutunun Beynəlxalq Ticarət Laboratoriyasının analitiklərinin 2025-ci il üçün Hindistanla ticarət dövriyyəsinə dair hesablamaları da xatırladıb. Onların qiymətləndirməsinə görə, dövriyyə 60-65 milyard təşkil edib. Bu məbləğin əksəriyyətini isə- təxminən 55-60 milyard dollarını məhz Rusiya ixracatı təşkil edib.
Tural



