AZERFAX TV
ABŞ 100 mindən çox vizanı ləğv etdi


ABŞ Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə departamentin “X” sosial şəbəkəsində paylaşım edilib.
Bildirilib ki, Dövlət Departamenti daha əvvəl cinayət fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları ilə təmasda olmuş şəxslərə verilmiş vizalar da daxil olmaqla, 100 mindən çox vizanı, o cümlədən təxminən 8 min tələbə vizasını və 2,5 min ixtisaslaşdırılmış vizanı ləğv edib.
Məlumata görə, bu cür şəxslərin deportasiyası ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə davam etdiriləcək.


