AZERFAX TV

ABŞ bu adanı tutsa, İran təslim olacaq

İranın Xarq adasının vurulması və nəzarətə götürmək niyyəti ABŞ-ın rejimin dirənişini qırmaq hədəfinə gedən yolda C planı kimi dəyərləndirilə bilər.

A planı – Xameneinin öldürülməsi və hava zərbələri ilə rejimin təslim olması baş tutmadı. B planı – başda kürdlər olmaqla silahlı qrupların hərəkətə gətirilməsi variantı rəfə qaldırılmasa da, təxirə salındı. Hazırda İranın əsas gəliri ola neft ixracının qarşısını almaq – rejimin gəlirlərini məhdudlaşdırmaq istiqamətində addımlar atılır. İranın neft ixracının 90 faizini təmin edən adanın hədəfə alınması da buna hesablanıb.

Tramp hələlik adada hərbi hədəflərə zərbə endirdiklərini, İran Hörmüz boğazında keçidə problemlər yaradacağı təqdirdə, neft infrastrukturunu məhv edəcəklərini bəyan edib. Bu, ABŞ-ın İranı Hörmüz boğazında atdığı addımlardan çəkindirmək məqsədi kimi görünsə də, müharibənin gedişinə təsir edəcək faktor olan neft infrastrukturu ilə bağlı iki mümkün addım atıla bilər: ya hərbi hədəflər məhv edildikdən sonra xüsusi təyinatlıların yeridilməsi ilə ada nəzarətə götürüləcək; ya da neft infrastrukturu məhv ediləcək;

ABŞ bu addımlar İranı gəlirlərdən məhrum etmək və rejimi təslim olmağa sürükləmək niyyətindədir, yaxud ölkədə iqtisadi çöküşün yaşanacağı təqdirdə, hakimiyyətin küçə təzyiqi ilə üzləşəcəyi proqnozlaşdırılır. Hava zərbələrində Bəsic məntəqələrinin vurulmasının hədəflərindən biri də İranda mümkün küçə aksiyalarında rejimin etirazçılar qarşısında müqavimətini zəifləməkdir. İran isə bu ssenariyə qarşı daha sərt addımlar ata, Müctəba Xameneinin dediyi “yeni cəbhələri” aça bilər.

Asif Nərimanlı

Related Articles

Bir cavab yazın

Back to top button