AZERFAX TV
ABŞ-da kilsədə partlayış – Ağır yaralılar var

ABŞ-ın Nyu-York ştatının şimalında yerləşən Bunvill şəhərciyindəki “Abundant Life Fellowship” kilsəsində partlayış baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yazır.
“Binada qaz qoxusu gəlməsi barədə məlumatdan sonra hadisə yerinə gələn pastor və yanğınsöndürənlər də daxil olmaqla, beş nəfər xəsarət alıb”, – deyə məlumatda qeyd olunur.
Agentliyin məlumatına görə, yaralıların vəziyyəti ağırdır, kilsə binasına isə bərpası mümkün olmayan dərəcədə ciddi ziyan dəyib. Polis hadisədə “cinayət fəaliyyəti əlamətləri” görməyib. Hüquq-mühafizə orqanları baş vermiş hadisənin bütün təfərrüatlarını araşdırırlar.
Hüseyn İbadlı



