AZERFAX TV
ABŞ-İran danışıqları baş tutmaya bilər

6 fevrala planlaşdırılan ABŞ-İran danışıqları baş tutmaya bilər
AZERFAX.AZ xəbər verir ki, “Axios” bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-İran danışıqları Vaşinqtonun görüşü Türkiyədən Omana keçirmək istəməməsi səbəbindən baş tutmaya bilər. ABŞ tərəfi Tehranın məkanı dəyişdirmək tələbini nəzərdən keçirib və onu rədd etmək qərarına gəlib.
Mənbənin sözlərinə görə, əgər İran nümayəndələri orijinal formata qayıtmağa hazır olsalar, ABŞ bu həftə və ya gələn həftə görüşməyə razıdır.
Bundan əvvəl ABŞ-ın İranla görüşün Türkiyənin İstanbul şəhərində deyil, Omanın Məsqət şəhərində keçirilməsinə razılıq verdiyi bildirilirdi.
Ləman



