AZERFAX TV

ABŞ İrana hücum hazırlıqlarıa başladı

ABŞ Yaxın Şərqdə İranın “cavab zərbəsi”nə hazırlıqlara başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirir.

Qəzetin məlumatına görə, ABŞ İranın cavab zərbəsi ehtimalına qarşı Yaxın Şərqdə hava hücumundan müdafiə sistemləri qurur. ABŞ Yaxın Şərqdə Thaad raketdən müdafiə batareyaları və Patriot yer-hava raket sistemləri daxil olmaqla əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirir.

Məqalədə bildirilir ki, Vaşinqton həmçinin bölgəyə səkkiz esmines, üç F-15E qırıcı eskadrilyası, F-35 qırıcıları və EA-18G Growler təyyarələri yerləşdirib.

ABŞ artıq İrana qarşı məhdud hava hücumları təşkil edə bilər. Bundan öncə İslam Respublikasının mütənasib cavabı halında İsraili və ABŞ qüvvələrini qorumaq üçün güclü hava hücumundan müdafiə sisteminə ehtiyac duyulurdu.

“Ötən həftə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın hava məkanından və ərazilərindən istifadə edərək İrana hücum etməsinə icazə verməyəcəklərini bəyan etdilər”, – deyə qeyd edilən məqalədə ABŞ və İran arasında yenidən qarşıdurma ehtimalının bəzi Körfəz dövlətləri arasında narahatlıq yaratdığı vurğulanıb.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button