AZERFAX TV
ABŞ kəşfiyyatı “rus ovu”na çıxdı

ABŞ xüsusi xidmət orqanları son vaxtlar bütün dünya üzrə rusların “ovlanması” fəaliyyətlərini intensivləşdiriblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Rusiya XİN son zamanlar həmvətənlərimizin dünya miqyasında “ovunu” gücləndirən ABŞ xüsusi xidmət orqanlarının sorğuları əsasında Rusiya vətəndaşlarının üçüncü ölkələrdə saxlanılması və həbsi təhlükəsinin artmasına diqqət çəkir”, – deyə məlumatda qeyd olunub.
Hüseyn İbadı



