ABŞ ordusunu sarsıdan oğurluq: kəşfiyyat dronları yoxa çıxdı

ABŞ ordusu Kentukki ştatındakı Fort-Kempbell hərbi bazasından itən kəşfiyyat pilotsuz uçuş aparatları ilə bağlı məlumat verən şəxslərə mükafat vəd edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə bazanın rəsmi sosial media hesabındakı açıqlamada qeyd olunub.
Məlumata görə, bazadan dörd ədəd “Skydio X10D” tipli kəşfiyyat dronu yoxa çıxıb. Hadisənin 2025-ci ilin 21-24 noyabr tarixləri arasında baş verdiyi bildirilir. İstintaqın ilkin nəticələrinə əsasən, naməlum şəxslər həmin müddətdə hərbi bazanın ərazisinə daxil olaraq dronları aparıblar.
Qeyd olunur ki, “Skydio X10D” kiçik və daşına bilən kvadrokopterlərdir. Əsasən taktiki kəşfiyyat, müşahidə və monitorinq məqsədilə istifadə olunur. Bəzi modellər termal (istilik) sensorları ilə də təchiz edilir.
Belə bir dronun qiyməti təxminən 15 min dollardan 35 min dollara qədər dəyişir.
Baza rəhbərliyinin açıqlamasında bildirilib ki, məlumat verənlərə 5 min dollara qədər mükafat təqdim edəcək.
Adəm



