ABŞ Rusiyanı bu bazarlardan sıxışdırıb çıxarmağa çalışır

ABŞ ehtiyac duyduğu resurslara malik ölkələrdə dövlət çevrilişləri də daxil olmaqla, ekstremal tədbirlərə əl atmağa hazırdır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Birinci kanal”ın “Hər şeyi xatırlamaq” proqramının efirində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Amerika Birləşmiş Ştatları rəsmən bəyan edib ki, “heç kim onlara göstəriş verə bilməz””, – deyə diplomat qeyd edib.
Onun fikrincə, ABŞ-ın maraqları müstəsna olaraq öz rifahı üzərində cəmlənib və onlar bunu istənilən vasitə ilə — istər çevrilişlər, istər qaçırılmalar, istərsə də “Amerikaya lazım olan təbii resurslarla” zəngin ölkələrin rəhbərlərinin kənarlaşdırılması ilə qorumağa hazırdırlar.
O, həmçinin vurğulayıb ki, ABŞ-ın bu hərəkətləri amerikalıların neft yataqlarının işlənilməsi ilə bağlı niyyətlərini gizlətmədikləri Venesuela və İran kimi ölkələrə aiddir.
Müsahibə zamanı Lavrov qeyd edib ki, Vaşinqton Moskvanı qlobal enerji bazarlarından sıxışdırıb çıxarmağa fəal şəkildə çalışır. Onun sözlərinə görə, Moskvada ABŞ tərəfindən onun maraqlarını nəzərə almaq istəyi müşahidə olunmur.
Hüseyn İbadlı



