ABŞ səfirliyindən amerikalılara təcili çağırış

ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara ölkəni dərhal tərk etməyi çağırıb.
AZERFAX.AZ xəbər verir ki, diplomatik missiyanın saytında yayılan xəbərdarlıqda təhlükəsizlik vəziyyətinin pisləşdiyi vurğulanır və vətəndaşların ABŞ hökumətindən asılı olmayaraq öz çıxış planlarını hazırlamaları tövsiyə olunur.
Açıqlamada qeyd edilir ki, ikili vətəndaşlığı olan şəxslər İran pasportlarından istifadə edərək ölkəni tərk etməlidirlər.
Diplomatlar amerikalılara nümayişlərdə iştirak etməməyi, diqqətli olmağı və ətrafdakı vəziyyətə həssas yanaşmağı da məsləhət görürlər.
Xəbərdarlıq 12–13 yanvarı tarixlərində yayımlanıb və hazırda yenidən gündəmə gəlib.
ABŞ Dövlət Departamenti bildirir ki, amerikalıların təhlükəsizliyi üçün bu cür kəskin çağırışlar zəruridir, çünki rəsmi İran ilə ABŞ arasında diplomatik əlaqələr olmadığından konsulluq yardımı çox məhduddur.



