AZERFAX TV

ABŞ Suriyada İŞİD-in 35 hədəfinə zərbə endirdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyada İŞİD terror qruplaşmasının 35 mövqeyinə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, hava əməliyyatında 20-dən çox ABŞ qırıcı təyyarəsi iştirak edib. Terror təşkilatının hədəflərinə təxminən 90 mərmi atılıb.

Terrorçuların itkilərinin səviyyəsi barədə hazırda heç bir məlumat yoxdur.

Elə həmin axşam Amerikanın Fox News televiziya kanalı hücumların “qisas olaraq” həyata keçirildiyini bildirib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button