AZERFAX TV
AFFA “Qəbələ” və “Neftçi”ni cərimələdi

“İmişli”, “Qəbələ” və “Neftçi” klubları cərimələnib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib. Hər üç klub Azərbaycan Premyer Liqasının 24-cü turunda yaşananlara görə ziyana düşüb.
“İmişli” “Sabah”la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5 000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.
“Qəbələ” “Neftçi” ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3 000 manat ödəməli olacaq.
“Neftçi” isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8 000 manat cərimələnib.
Heybət



