AZERFAX TV

Ağ Ev İrana qarşı əməliyyatın nə vaxt başa çatacağını AÇIQLADI

“ABŞ-ın İrana qarşı əməliyyatı ABŞ prezidenti Donald Tramp məqsədlərinə çatdığına qərar verdikdə başa çatacaq”

AZERFAX.AZ “C-Span” portalında istinadla xəbər verir ki, bu fikirləri Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinq zamanı səsləndirilib.

Livitt jurnalistlərə açıqlamasında deyib:

“Nəticə etibarilə, əməliyyat Ali Baş Komandan hərbi məqsədlərə tam nail olunduğunu müəyyən etdikdə başa çatacaq”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. İslam Respublikasının bir çox şəhərləri, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali lider Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Buna cavab olaraq İran, İsrailə və ABŞ-ın Yaxın Şərqdəki aviabazalarına raket və PUA-larla zərbələr endirir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button