AZERFAX TV
Aİ-dən ABŞ-a 93 milyard avroluq cavab

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri tətbiq etməyi nəzərdən keçirir.
AZERFAX.AZ xəbər verir ki, bununla bağlı müzakirələr Aİ-nin 27 üzv ölkəsinin səfirlərinin Brüsseldə keçirdiyi fövqəladə görüşündən sonra aparılıb.
Mümkün tədbirlər sırasında Amerika şirkətlərinin Aİ-nin vahid bazarına çıxışının məhdudlaşdırılması da var.
Qeyd edək ki, Tramp fevralın 1-dən etibarən səkkiz Avropa ölkəsinə qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, iyunun 1-dən isə bu göstəricinin 25 faizə qaldırılacağını açıqlayıb.



