AZERFAX TV

Ailəmi və uşaqlarımı təhdid edirlər…

Macarıstanın Baş baziri Viktor Orban son vaxtlar ona və ailəsinə qarşı təhdidlərin artdığını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Orban bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Baş nazir bildirib ki, bəzi ukraynalılar tərəfindən ünvanlanan mesajlarda artıq onun ailə üzvləri də hədəfə alınır. O, bu vəziyyəti qəbuledilməz hesab edir.

“Ukraynalılar artıq ailəmi, uşaqlarımı və nəvələrimi təhdid edirlər. Hər şeyin bir həddi var”, – deyə Orban vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizlik səbəbilə bu cür hallar ciddi şəkildə araşdırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button