AKP sözçüsündən Suriya ilə bağlı mühüm mesaj: Bundan kimin faydalanacağı aydındır

“Suriyada hər cür təxribata qarşı sağlam düşüncə ilə hərəkət etmək, birliyi qorumaq və terrorizmi aradan qaldırmaq üçün atılan hər bir addım dəyərlidir”.
AZERFAX.AZ xəbər verir ki, bunu AK Partiyasının (AKP) sözçüsü Ömər Çelik sosial media hesabında yazıb.
O, paylaşımında Suriyada baş verən son hadisələri dəyərləndirib.
“Suriya prezidenti Əhməd əş-Şaraanın Suriyadakı kürd qardaşlarımızın hüquqlarını təmin edən fərmanı çox vacibdir. Əsəd rejimi tərəfindən illərdir fundamental hüquqlarından məhrum edilən kürd qardaşlarımızın qanun əsasında əldə etdiyi nailiyyətlər sevindiricidir.
Bir ölkədə iki dövlət və iki ordunun mövcudluğu hər kəsə zərər verəcək bir vətəndaş müharibəsidir. Bundan nə kürdlər, nə ərəblər, nə də türkmənlər faydalanır. Kimin faydalanacağı isə aydındır. 10 Mart Sazişinə əməl etməməklə, SDQ Suriyadakı kürd qardaşlarımızı hədəf alan pis niyyətli bir layihədə alətə çevrilib. Bununla onlar həm də “terrorsuz Türkiyə və terrorsuz bir bölgə” məqsədimizə xələl gətirdilər. Lakin onların bu cəhdinin qarşısı alındı”, – Çelik bildirib.
Qeyd edək ki, Suriya prezidenti Əhməd Əş-Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib. Buna əsasən, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
Roza



