AZERFAX TV

Alimlər depressiya ilə mübarizə üçün nə tövsiyə edirlər?

Son dövrlər psixi sağlamlıqla bağlı aparılan araşdırmalar antidepressantlara alternativ yanaşmaları ön plana çıxarır.

AZERFAX.AZ xəbər verir ki, alimlərin son tədqiqatına əsasən, düzgün dozada qəbul edilən vitamin D və Omega-3 yağ turşuları bəzi hallarda depressiv əlamətlərin azalmasında klassik dərmanlardan geri qalmır.

Araşdırmada qeyd olunur ki, xüsusilə orqanizmində vitamin D çatışmazlığı olan insanlarda bu vitaminin əhval-ruhiyyəyə təsiri daha güclü hiss olunur. Mütəxəssislər bildirirlər ki, vitamin D səviyyəsinin normallaşması enerji artımı, motivasiyanın yüksəlməsi və depressiya əlamətlərinin zəifləməsi ilə müşayiət oluna bilər.

Omega-3 yağ turşuları isə “beynin yanacağı” kimi xarakterizə olunur. Bu maddələr neyronlar arasında əlaqəni gücləndirir, serotonin və dopamin kimi “əhval hormonları”nın sintezini dəstəkləyir. Nəticədə insan özünü daha sakit, balanslı və psixoloji baxımdan stabil hiss edir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, vitamin D və Omega-3-ün əlavə üstünlükləri də var: onlar narahatlıq səviyyəsini azalda, yuxu keyfiyyətini yaxşılaşdıra və immun sistemi gücləndirə bilər. Ən vacib məqamlardan biri isə bu maddələrin asılılıq yaratmaması və qəbul dayandırıldıqda kəskin mənfi təsirlərin müşahidə olunmamasıdır.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, istər vitamin, istərsə də hər hansı preparat həkim məsləhəti olmadan qəbul edilməməlidir. Hər bir müalicə fərdi yanaşma tələb edir. (Musavat.com)

Related Articles

Bir cavab yazın

Back to top button