AZERFAX TV
Amerikalı senator Trampı ittiham etdi: Bu, müharibə cinayətidir

ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə hücum etməklə müharibə cinayəti törədəcək.
AZERFAX.AZ xəbər verir ki, bunu amerikalı demokrat senator Ed Marki “X” hesabında bildirib.
“Trampın Hörmüz boğazını yenidən açmaq planı yoxdur, ona görə də o, İranı mülki elektrik stansiyalarına hücum etməklə hədələyir. Bu, mülki şəxslərə qarşı hücumdur. Bu da müharibə cinayəti olardı, buna son qoyulmalıdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gecə Donald Tramp xəbərdarlıq edib ki, İran 48 saat ərzində Hörmüz boğazını açmasa, ABŞ ordusu İranın elektrik stansiyalarını məhv edəcək.
Roza



