AZERFAX TV

Amerikalılar süni intellektdən imtina edir

ABŞ vətəndaşları süni intellektdən beziblər və buna görə də ənənəvi hobbilərə qayıdırlar.

AZERFAX.AZ xəbər verir ki, “CNN” bu barədə sənətkarlıq ləvazimatları satışında ixtisaslaşmış “Michael’s” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerikalılar rəqəmsal texnologiyadan və süni intellektdən imtina edərək ənənəvi hobbilərə üstünlük verməyə başlayıblar.

Hesabatda qeyd olunur ki, şirkətin veb saytında “analoq hobbilər” üçün axtarış nəticələri son altı ayda 136% artıb.

Şirkətin baş ticarət direktoru Steysi Şivli bildirib ki, bir çox müştəri ənənəvi hobbilərlə məşğul olmağı rəqəmsal texnologiyadan şüurlu şəkildə uzaqlaşmağın yolu olaraq görür. Onlar sosial mediadakı mənfi xəbər axınına fasilə vermək üçün smartfonlardan uzaqlaşmağa üstünlük verirlər. O, bunun Amerika cəmiyyətində daha böyük bir mədəni dəyişikliyin əlaməti kimi qəbul edilə biləcəyini iddia edir.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button