AZERFAX TV
Astara Dövlət Sərhəd Keçid Məntəqəsində təxliyə prosesi davam edir

Astara Dövlət Sərhəd Keçid Məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, az öncə 20 nəfərə yaxın Pakistan vətəndaşı Azərbaycan sərhədini keçərək təxliyə olunub. Onların arasında azyaşlılar da var.
Qeyd edək ki, sərhəd-keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir. Son iki gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Hazırda gecə saatlarında Rusiya vətəndaşlarının da təxliyə olunacağı gözlənilir.



