AZERFAX TV
“Atletiko” Qrizmannla bağlı məsələyə son nöqtəni qoydu

“Atletiko” klubunun idman direktoru Mateu Alemani komandanın hücumçusu Antuan Qrizmannın mövsümü Madrid təmsilçisində başa vuracağını bildirib.
AZERFAX.AZ xəbər verir ki, “Antuan Qrizmann bizimlə qalacaq, o, komandamızda oynamağa davam edəcək. Bununla bağlı əlavə deyəcək sözüm yoxdur”, – deyə Alemani DAZN kanalına açıqlamasında bildirib.
Xatırladaq ki, fransalı futbolçu ilə “Orlando Siti” maraqlanır. ABŞ-ın MLS liqasında transfer pəncərəsi martın 26-dək açıqdır.



