AZERFAX TV

Avqustda itkin düşmüşdü, meyiti Bosforda tapıldı

Bosfor boğazında naməlum kişi meyiti tapılıb.

AZERFAX.AZ xəbər verir ki, onun avqust ayında itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikov ola biləcəyi güman edilir.

Bu barədə IHA xəbər agentliyi məlumat yayıb.

“Boğazda naməlum kişi cəsədi tapılıb. Dəniz polisi meyiti boğazdan çimərlik paltarında çıxarıb. Onun avqust ayında itkin düşən üzgüçü Nikolay Sveçnikov olduğu güman edilir”, – agentliyin açıqlamasında deyilir.

Rusiyalı üzgüçü, idman ustalığına namizəd, 29 yaşlı Sveçnikov avqustun 24-də İstanbulda Bosfor boğazında qitələrarası üzgüçülük yarışında iştirak etsə də, finişə çata bilməyib. Onun yoxa çıxması yalnız bir neçə saatdan sonra məlum olub.

Related Articles

Bir cavab yazın

Back to top button