AZERFAX TV

Avropa liderləri “WhatsApp” qrupu yaratdılar: Kimin qeybətini edirlər?

Bir sıra Avropa ölkələrinin liderləri və Ukrayna prezidenti Vladimir Zelenski qrup söhbətində ABŞ prezidenti Donald Trampı müzakirə edirlər.

Publikia.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avropalı siyasətçilər mütəmadi olaraq mesaj mübadiləsi aparır və şəxsi mesajlaşma vasitəsilə daimi əlaqə saxlayırlar. Söhbətin xüsusilə Trampın hərəkətlərinin Avropada vəziyyətə təsir göstərə biləcəyi anlarda aktiv olduğu deyilir.

“Politico”nun məlumatına görə, müzakirələrdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen iştirak edir. Yazışmalara İtaliyanın baş naziri /Corcio Meloni və Finlandiya prezidenti Alexander Stubb da qoşulur. Vladimir Zelenskinin də iştirakı qeyd olunur.

Nəşrin mənbəsi iddia edir ki, bu format hadisələrin sürətlə cərəyan etdiyi və ənənəvi diplomatik kanalların tempi tuta bilmədiyi zaman mövqelərin daha sürətli koordinasiyasına imkan verir.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button