AZERFAX TV
Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanıldı

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AZERFAX.AZ-a verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.
Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.



