AZERFAX TV

Azərbaycan futbolunda qeyri-adi hadisə

Azərbaycan 2-ci Liqasının 17-ci turunda “Şəmkir” – “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub.

Məsələ ilə bağlı PFL-dən AZERFAX.AZ-a verilən məlumata görə, oyun forması ilə bağlı məsələlər 2-ci Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. PFL “Şəmkir” klubunun həm reqlament qaydalarına əməl etməməsini, həm də problemin həlli üçün göstərilən bütün səylərə baxmayaraq oyuna çıxmaqdan imtina etməsini ciddi səhlənkarlıq və Azərbaycan futbolunun maraqlarına zidd hərəkət kimi qiymətləndirib.

“İlk növbədə bildiririk ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec iki gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir. Təəssüf ki, “Şəmkir” klubu Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb.

Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək bu barədə məlumat veriblər. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb. “Şəmkir” klubu PFL-ə bildirib ki, onların hazırda cəmi bir oyun forması mövcuddur və ikinci forma bu və ya digər səbəbdən təqdim edilməyib. Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib. Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər.

Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər iki komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button