AZERFAX TV
Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZERFAX.AZ xəbər verir ki, neftin 1 barelinin qiyməti 0.58 ABŞ dolları və ya 0.8% azalaraq 72.20 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



