Azərbaycan və Türkiyəyə aparan dəmir yolu: İrəvan Moskvaya müraciət edib

Ermənistan Azərbaycan və Türkiyəyə aparan dəmir yolu hissələrində bərpa işlərinin Rusiya tərəfi ilə birgə aparılacağını anlayır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Cənubi Qafqaz Dəmir Yollarına Türkiyə və Azərbaycana aparan sərhəd dəmir yolu hissələrini təcili olaraq bərpa etməyi tapşırmışdı. Hökumət başçısının sözlərinə görə, bu göstəriş Yerasxdan Azərbaycanla sərhədə (Naxçıvan) qədər olan hissəyə, eləcə də Axurikdən Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.
“Ermənistan İcevan və Axurikdəki dəmir yolu hissələrinin bərpası ilə bağlı Rusiya ilə danışıqları davam etdirir. Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq”, – Xudatyan bildirib.
Tural



