AZERFAX TV
Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş öldü

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən – Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ “Report”a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb.
Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



