AZERFAX TV

Bakıda restoran yandı – VİDEO

Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşa məxsus ümumi sahəsi 440 kvadratmetr olan restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 kvadratmetr olan mətbəxin taxta üzlüyü dörd kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları altı kvadratmetr sahədə yanıb.

Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button