“Bavariya” “Union Berlin”i darmadağın etdi

“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “Union Berlin” ilə qarşılaşıb.
AZERFAX.AZ xəbər verir ki, görüşdə Münxen təmsilçisi böyük hesabla qələbə qazanıb – 4:0. Ev sahiblərinin heyətində Maykl Olise (43), Serge Qnabri (45+1, 67) və Harri Keyn (49) fərləniblər. Bu qələbə sayəsində “Bavariya” xallarını 70-ə çatdıraraq liderliyi davam etdirir.
Paralel keçən digər qarşılaşmaların ikisində çoxqollu heç-heçə qeydə alınıb. “Köln” – “Borussiya Mönxenqladbax” və “Haydenhaym” – “Bayer Leverkuzen” görüşləri 3:3 hesabı ilə başa çatıb. “Volfsburq” – “Verder Bremen” oyununda isə qonaqlar minimal hesabla qalib gəliblər – 0:1.
Günə hazırda davam edən “Borussiya Dortmund” – “Hamburq” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, turun açılış matçında “Leyptsiq” öz meydanında “Hoffenhaym”ı darmadağın edib – 5:0.
Bundesliqanın 27-ci turuna bazar günü oynanılacaq “Maynts – “Aytraxt Frankfurt”, “St Pauli” – “Frayburq” və “Auqsburq” – “Ştuttqart” görüşləri ilə yekun vurulacaq.



