AZERFAX TV
Bir gündə 100 min insan didərgin düşdü

İsrailin hücumlarına görə Livanda köçkün düşən insanların sayı kəskin şəkildə artıb.
AZERFAX.AZ “Al Jazeera”yə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Livandakı nümayəndəsi Karolina Lindholm Billinq açıqlama verib.
Onun sözlərinə görə, 24 saat ərzində Livan daxilində 100 mindən çox insan didərgin düşüb:
“Bu günə qədər Livanda 667 mindən çox insan hökumətin onlayn platformasında məcburi köçkün kimi qeydiyyatdan keçib və bu, cəmi bir gündə 100 min artım deməkdir.
O əlavə edib ki, bu rəqəm 2024-cü ildə İsrail ilə Hizbullah arasında baş vermiş əvvəlki müharibə ilə müqayisədə daha sürətli köç dalğasını göstərir.
Roza



