AZERFAX TV
“Bodo-Qlimt” qapıçısı ilə bağlı qərarını açıqladı

Norveçin “Bodo-Qlimt” klubu qapıçı Nikita Xaykinin gələcəyi ilə bağlı qərar qəbul edib.
AZERFAX.AZ xəbər verir ki, bununla bağlı məlumat klubun saytında yerləşdirilib.
Rusiyalı futbolçu klubla müqaviləsini uzadıb. Xaykinlə 2027-ci ilin ortalarına qədər əmək müqaviləsi imzalanıb.
“Bu, fantastik bir hissdir. Bu, düzgün seçimdir, çünki mən artıq evdəyəm. “Bod-Qlimt”in bir hissəsi olduğum üçün xoşbəxtəm. Komanda ilə səyahətimə davam etmək istəyirəm”, – deyə Xaykin bildirib.
Nikita Xaykin 258 oyun keçirib, 285 qol buraxıb. Norveç komandası bu yaxınlarda sensasiyalı şəkildə Çempionlar Liqasının 1/8 finalına yüksəlib və bu mərhələdəki ilk oyunda “Sportinq”i 3-0 hesabı ilə məğlub edib.



