AZERFAX TV
Bu ölkə ABŞ-a görə fövqəladə vəziyyət elan etdi

Kuba hakimiyyəti ABŞ-dan gələn təhlükəni əsas gətirərək ölkədə fövqəladə vəziyyət elan edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Kuba xarici işlər naziri Bruno Rodriguez Parrilla bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Kubanın milli təhlükəsizliyə yaratdığı təhdidi əsas gətirərək fövqəladə vəziyyət elan etmişdi. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, buna səbəb Rusiya da daxil olmaqla, ABŞ-a düşmən olan dövlətlərin Kuba torpağında hərbi və kəşfiyyat obyektlərinin yerləşdirilməsidir. Fövqəladə vəziyyət haqqında fərman Vaşinqtonun Kubaya neft tədarük edən istənilən ölkədən idxala əlavə rüsum tətbiq etmə ehtimalını nəzərdə tutur.
Ləman



