AZERFAX TV

Bu ölkə ABŞ-ın hədəfində: Əməkdaşlıq etməsələr, qoşun yeridəcəklər

Tramp administrasiyası Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigezlə maksimum əməkdaşlıq təmin etmək üçün güc tətbiqinə hazırdır.

AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə qeyd edib ki, digər diplomatik üsullar işləməzsə, Vaşinqton əməkdaşlığı təmin etmək üçün bu addımı atmaqdan çəkinməyəcək.

Dövlət katibi vurğulayıb: “Ümid edirik ki, buna ehtiyac olmayacaq, amma Amerika xalqı qarşısındakı borcumuzdan heç vaxt çəkilməyəcəyik”.

Rubio həmçinin bildirib ki, Delsi Rodrigez Venesuelanın enerji sektorunu ABŞ şirkətlərinə açacağına, neft hasilatına güzəştli münasibət göstərəcəyinə və neft gəlirlərindən ABŞ mallarının alınması üçün istifadə edəcəyinə söz verib.

Ötən həftə Venesuelanın müvəqqəti prezidenti ABŞ-ın onu və digər rəsmləri əməkdaşlıqdan imtina etdikləri halda sui-qəsdlə hədələdiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə ölkənin hazırkı rəhbərliyi onun təlimatlarına əməl etdiyi müddətcə Venesuelaya qoşun yeritməyəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button