AZERFAX TV
Bu şəxslər 6 min manat müavinət alacaq

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.
“Əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir”, – deyə deputat bildirib.
Ətraflı Baku TV-nin süjetində:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.