İqtisadiyyat
Bu şirkət "Apple"ı geridə qoydu

“Google”ın ana şirkəti “Alphabet” bazar kapitallaşmasına görə “Apple”ı keçərək “Nvidia”dan sonra dünyanın ikinci ən dəyərli şirkəti olub. AZERFAX.az xəbər verir ki, bu, 2019-cu ildən bəri ilk dəfə baş verib.
“Alphabet”in bazar kapitallaşması 3,94 trilyon dollara, “Apple”ın bazar dəyəri isə 3,84 trilyon dollara çatıb.
Bu artım əsasən “Google”ın süni intellekt strategiyasının bazar tərəfindən müsbət qarşılanması ilə əlaqələndirilir. “Apple” isə bu sahədə rəqiblərindən geri qalmaqda davam edir.



