AZERFAX TV
Bu universitetlərə hücum təhlükəsi var

ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı Amerika universitetlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
AZERFAX.AZ xəbər verir ki, səfirliyin açıqlamasında Bağdaddakı, eləcə də İraq Kürdüstanının Süleymaniyyə və Dohuk şəhərlərindəki təhsil müəssisələrinə qarşı real təhlükə olduğu qeyd edilib.
ABŞ tərəfi müəyyən silahlı qrupların Amerika universitetlərinə hücum etmək niyyətində olduğunu bildirib.
Səfirlik bununla əlaqədar vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb.



